Baş məşqçi Ersin Akanın qətli: 13 şübhəlidən 9u həbs olundu

27.11.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tekirdağın Çorlu rayonunda 3-cü Liqa 3-cü Qrup komandalarından Nesine Çorluspor 1947 Klubunun baş məşqçisi Ersin Akanın silahlı hücum nəticəsində həyatını itirməsi ilə əlaqədar nəzarətə alınan 13 şübhəlidən 9-u həbs edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, şübhəlilər sağlamlıq idarəsindən sonra Çorlu Ədliyyəsinə sövq edilib.

Həbs olunanlardan 4-ü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Hücumun baş verdiyi bölgədə 25-ə yaxın boş patron aşkarlanıb.

Qeyd edək ki, məşqçi Ersin Aka Çorlu mahalının Muhittin Məhəlləsində 6 gün əvvəl yolda gedərkən maskalı şəxsin hücumuna məruz qalmışdı. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmadı.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью