Baş məşqçi gedərsə, Lans 5 milyon qazana bilər

09.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Baş məşqçi gedərsə, "Lans" 5 milyon qazana bilər

Fransanın "Lans" klubu baş məşqçisi Pyer Sajın İngiltərə Premyer Liqası təmsilçisi "Kristal Palas"a keçidindən ümumilikdə 5 milyon avroya qədər kompensasiya əldə edə bilər.

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.

Qeyd olunur ki, 47 yaşlı fransalı mütəxəssis London təmsilçisi ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə şərtləri barədə razılığa gəlib. Bu keçidə görə "Lans"ın 3 milyon avro təzminat alacağı, daha 2 milyon avronun isə müxtəlif uğurlu göstəricilərə görə bonuslar şəklində ödəniləcəyi bildirilir.

Xatırladaq ki, başa çatan mövsümdə Pyer Sajın rəhbərliyi altında "Lans" Fransa Kubokunun qalibi olub və Liqa 1-də ikinci yeri tutaraq gümüş medallara sahib çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью