Icma.az, Qol.az saytına istinadən bildirir.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada debüt edən hakim Farai Hallamdan üzr istəyib.
QOL.az ESPN-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Vulverhempton"la oyunda (2:0) VAR monitoruna yaxınlaşmasına rəğmən, rəqib oyunçunun (Yerson Moskera) əllə oynamasına görə penalti təyin etməyən referi barədə sərt fikirlər səsləndirmişdi.
Lakin Qvardiola son mətbuat konfransında geri addım atıb:
"Əgər o, özünü təhqir olunmuş hiss edirsə, üzr istəyirəm. Hakimlər bəyanatları ilə bir-birini qoruyurlar, bu aydındır. Amma mən də öz klubumu və oyunçularımı qorumalıyam. Burada işlədiyim müddətdə hakimlərə qarşı hər zaman hörmətlə yanaşmışam, məğlub olanda belə danışmamışam. Ancaq belə səhvlər olanda susmaq olmur".
Qeyd edək ki, sözügedən qalmaqaldan sonra Hallam Premyer Liqanın növbəti turuna təyinat almayıb. Bu isə Hakimlər Komitəsinin onun idarəçiliyindən narazı olduğunun göstəricisi kimi qiymətləndirilir.