Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Baş məşqçi hakimdən narazı qaldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Bernli”nin müvəqqəti baş məşqçisi Mayk Cekson “Arsenal”a 0:1 hesablı məğlubiyyətdən sonra hakimlikdən narazı qalıb.
QOL.az xəbər verir ki, “ESPN”in məlumatına görə, matçın 69-cu dəqiqəsində Kay Havertzin Lesli Uqoçukvuya qarşı etdiyi müdaxilə mübahisəyə səbəb olub. VAR-a baxılmasına baxmayaraq baş hakim epizodu meydanda yoxlamayıb və futbolçu qırmızı vərəqə almadan oyunda qalıb.
Cekson isə həmin epizodun birbaşa qırmızı vərəqəlik olduğunu bildirib və qərarı tənqid edib. Onun sözlərinə görə, bu cür epizod matçın nəticəsinə ciddi təsir göstərə bilərdi.
Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqada 82 xalla liderdir və çempionluğa yaxınlaşır.