Baş məşqçi Həşimovdur, komandanı oyuna çıxaran isə Məmmədov

29.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Baş məşqçi Həşimovdur, komandanı oyuna çıxaran isə Məmmədov

“Karvan-Yevlax”ı bu gün Misli Premyer Liqasının 13-cü turuna yeni məşqçi çıxarıb.

QOL.az xəbər verir ki, bu, son iş yeri “Mingəçevir” olmuş Füzuli Məmmədovdur. Onun adı matçın rəsmi protokulunda baş məşqçinin köməkçisj kimi qeyd edilib. Amma Füzuli Məmmədov de-fakto baş məşqçi.

Hüquqi olaraq isə “Karvan-Yevlax”ın baş məşqçisi hələ də Azər Həşimovdur. O, əslində istefayaya göndərilib, amma Yevlax klubu müqaviləyə xitam verə bilmədiyi üçün Həşimov de-yure indi də komandanın baş məşqçisidir.

Qeyd edək ki, Azər Həşimovla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilməlidir. Əks halda klub ona təzminat ödəməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью