Baş məşqçi içib ayılandan sonra səhvini başa düşdü

12.02.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Finlandiyanın xizəklə tullanma üzrə milli komandasının baş məşqçisi İqor Medved Olimpiya Oyunlarından kənarlaşdırılıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis spirtli içki ilə bağlı problemlərə görə komandanın düşərgəsini tərk edib.

Finlandiya Olimpiya Komitəsi bildirib ki, onun davranışı yığmanın qaydalarına və dəyərlərinə ziddir.

Medved qərardan sonra üzrxahlıq edib. O, səhvini etiraf edərək bütün komanda, idmançılar və azarkeşlərdən üzr istəyib, yığmaya isə yarışlara diqqət yetirib yaxşı işi davam etdirməyi arzulayıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью