Baş məşqçi istefaya göndərildi

15.12.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Fransanın "Sent-Etyen" klubu baş məşqçisi Olivye Dall'Oqlionu istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni məşqçi təyin olunana qədər komandanı klubun akademiyasının direktoru Loran Huard çalışdıracaq.

Olivye Dal'Oglio 2023-cü ilin dekabrından "Sent-Etyen"in baş məşqçisi idi. Ötən mövsümü "yaşıllar" onun rəhbərliyi altında  Liqa 2-ni 3-cü pillədə başa vuraraq Liqa 1-ə vəsiqə uğrunda pley-offda "Metz"i keçib.

Hazırda isə 13 xalı olan komanda 18 komanda arasında 16-cıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью