Baş məşqçi kimi yığmaya qayıtdı

17.07.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uruqvay yığmasında baş məşqçi postu ilə bağlı suala cavab tapılıb. Bu vəzifəyə Dieqo Forlan təyin olunub.

"Football-plus.az" xəbər verir ki, milli komandanın sabiq oyunçusu ilə 2027-ci ilin martna qədər qüvvədə olacaq müqavilə imzalanıb. 47 yaşlı mütəxəssis baş məşqçi vəzifəsində Marselo Byelsanı əvəzləyib.
Müqavilənin qısamüddətli olmasına səbəb kimi yerli futbol qurumunda qarşıdan gələn prezident seçkisi göstərilir. Uruqvay Futbol Assosiasiyasının yeni rəhbərinin ilin sonunda keçiriləcək seçkisindən sonra yığmanın daimi baş məşqçisinin kim olacağı müəyyənləşəcək.
Forlan Uruqvay yığmasında 112 oyun keçirib. O, futbolçu karyerası ərzində həmçinin Avropanın “Mançester Yunayted”, “Atletiko” və “İnter” kimi aparıcı klublarında çıxış edib.
Milli komanda Byelsanın rəhbərliyi altında dünya çempionatında uğursuz çıxış edib. Komanda qrup mərhələsində 2 xal toplayaraq 3-cü yeri tutub. Uruqvay yalnız Səudiyyə Ərəbistanını qabaqlayıb, İspaniya və Kabo Verde isə pley-offa çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью