Qol.az saytına istinadən Icma.az xəbər verir.
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Liverpul”un baş məşqçisi Andoni İraola komandaların məşqlərinin dronla lentə alınmasının qadağan edilməli olduğunu düşünür.
QOL.az xəbər verir ki, bir neçə gün əvvəl Maurisio Poçettinonun “Mançester Yunayted”dəki ilk məşqinin 12 dəqiqəlik görüntüləri sosial şəbəkələrdə yayılıb.
İraola BBC-yə açıqlamasında həmin görüntülərin ona da göndərildiyini təsdiqləyib. O, bu cür çəkilişlərin istənilən klub üçün xoşagəlməz olduğunu vurğulayıb:
“Məsələ hansısa üstünlük əldə etməkdə deyil. Əsas problem kiminsə bunu edə bilməsidir. Məşqləri qapalı keçirməyimizin səbəbi var və buna hörmət edilməlidir. Belə çəkilişlərə qanunla qadağa qoyulmalıdır”.