Baş məşqçi millimizin finala yüksəlməsini belə şərh etdi

30.05.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında Monteneqro yığmasına 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanmaları barədə jurnalistlərə açıqlamasında deyib.

O, Milli Gimnastika Arenasında komandaya dəstək olan azarkeşlərə təşəkkür edib:

"Çox gözəl hisslərdir. Şükürlər olsun ki, final matçı oynayacağıq. Bütün futbolçularımızın əlləri, qolları var olsun. Bu gün bizdən xoşbəxti ola bilməz".

Qeyd edək ki, həlledici görüş iyunun 1-də təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью