Baş məşqçi millini tərk etməyə hazırlaşır

16.06.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baş məşqçi millini tərk etməyə hazırlaşır

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 2026-cı il dünya çempionatından sonra vəzifəsindən gedə bilər.

QOL.az xəbər verir ki, bu barədə “TalkSPORT” nəşri məlumat yayıb.

52 yaşlı ispaniyalı mütəxəssis 2026-cı ilin iyulunda başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib. Bildirilir ki, Martines yığmanın DÇ-2026-dakı nəticəsindən asılı olmayaraq Portuqaliya millisindən ayrılacaq. O, gələcəkdə İngiltərəyə qayıtmaq və ya başqa bir milli komandaya rəhbərlik etmək variantlarını da nəzərdən keçirir.

Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya millisini çalışdırır. O, bundan əvvəl 2016-2022-ci illərdə Belçika yığmasına rəhbərlik edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью