Baş məşqçi onun komandadan getməsinə razılıq vermədi

25.01.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş məşqçi onun komandadan getməsinə razılıq vermədi

"PSJ"nin baş məşqçisi Luis Enrike yarımmüdafiəçi Li Kan İnin komandadan ayrılmasına razılıq verməyib.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçunun Madrid "Atletiko"suna potensial transferinin qarşısını alıb. O, 24 yaşlı cənubi koreyalı yarımmüdafiəçini komanda üçün dəyərli oyunçu hesab etdiyi üçün bu keçidə razılıq verməyib.

Məlumata görə, Li Kan İn özü İspaniyaya qayıtmağın əleyhinə olmayıb. Bildirilir ki, "Atletiko"nun qış transfer pəncərəsində yarımmüdafiəçini heyətinə qatmaq imkanı olmasa da, klub yayda bu transferi yenidən reallaşdırmağa cəhd edəcək.

Qeyd edək ki, Li Kan İn 2023-cü ilin yayında "Malyorka"dan PSJ-yə keçib. O, cari mövsümdə Paris təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 21 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью