Baş məşqçi oyun zamanı dünyasını dəyişdi

04.11.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Serbiyada futbol klubunun baş məşqçisi oyun zamanı huşunu itirərək dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Mladen Zizoviç oktyabrın 23-də Serbiyanın "Radniçki" klubunun baş məşqçisi təyin edilib.

Komanda 44 yaşlı mütəxəssisin rəhbərliyi altında üç oyun keçirib. Bir gün əvvəl “Mladost”la oyunun 22-ci dəqiqəsində komandası 2:0 hesabı ilə qalib gələrkən, Zizoviç huşunu itirib. Hakim oyunu dayandırıb, məşqçini təcili yardım maşını ilə aparıblar və oyun yenidən başlayıb. İyirmi dəqiqədən sonra baş məşqçinin öldüyü elan ediblər.

Bundan sonra hakim oyunu həmişəlik dayandırıb.  


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью