Baş məşqçi “Qəbələ” rəhbərliyindən yeni transfer tələb edir

13.11.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qəbələ"nin baş məşqçisi Yeton Bekiri qış "transfer pəncərəsində" klub rəhbərliyindən ən azı iki futbolçunun transfer olunmasını istəyib. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub. 
Şimali Makedoniyalı mütəxəssis komandaya ilk növbədə səviyyəli müdafiəçi cəlb olunmasını istəyib.
Digər mövqeyə gəlincə, Bekiri yarımmüdafiəçi transferinə də müsbət yanaşır. Lakin baş məşqçi bu mövqeyə müdafiə xətti qədər prioritet vermir.
Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasında 11 turdan sonra 8 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью