Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baş məşqçi Ronaldonu ehtiyatda saxlaya bilər Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın ulduz futbolçusu Kriştiano Ronaldo ilə bağlı diqqətçəkən açıqlama verib.
QOL.az xəbər verir ki, "ESPN"in məlumatına görə, təcrübəli mütəxəssis komandanın mənafeyi üçün ehtiyac olarsa, ulduz futbolçunu heyətdən kənarda saxlamağa hazır olduğunu bildirib.
R.Martines mövzu ilə bağlı bunları deyib: "Bu, işimin bir hissəsidir. Artıq üç ildir ki, bu vəzifədəyəm.
Əsas məsələ komandanın qalib gəlməsi və rəqibdən daha güclü olmasıdır. Bu, mənim və məşqçilər korpusunun məsuliyyətidir.
Çətin qərarlar qəbul etmək işimizin bir parçasıdır". Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya yığmasının heyətində indiyədək 226 oyun keç
Ulduz hücumçu bu görüşlərdə 143 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Portuqaliya millisi gələn yay keçiriləcək Dünya Çempionatında mübarizə aparacaq.