Baş məşqçi stadiondan şikayətləndi

20.10.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Baş məşqçi stadiondan şikayətləndi

“Betis”in baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasında “Feyenoord”la oyun öncəsi Sevilyadakı “La Kartuxa” stadionunun ot örtüyünün vəziyyətini tənqid edib.

QOL.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında meydanın hazırkı durumunun hər iki komandaya təsir edəcəyini deyib:

“Adətən meydan çox yaxşı vəziyyətdə olur. Təəssüf ki, bu həftə ot örtüyünə lazımi qulluq işlərini görmək mümkün olmayıb. Meydanın pis vəziyyəti hər iki komandaya təsir edəcək”.

Xatırladaq ki, “Betis” “Benito Vilyamarin” stadionunda aparılan yenidənqurma işləri səbəbindən artıq bir ildir ev oyunlarını təxminən 70 min tamaşaçı tutumuna malik “La Kartuxa” stadionunda keçirir.

Qeyd edək ki, “Betis” - “Feyenoord” matçı oktyabrın 21-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью