Baş məşqçi: Xaosdan çıxmaq üçün bizə qələbələr lazımdır

12.03.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sivasspor"un yenidən sükan arxasına keçən Rıza Çalımbay iddialı açıqlamalar evrib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komandanın hazırkı xoslu durumdanb çıxarmağın yolunun qələbələrdən keçdiyini etiraf edib.

Klubun binasında jurnalistlərə müsahibə verən Çalımbay bildirib ki, martın 16-da  "Atakaş Hatayspor"la qarşılaşmaya da qələbə üçün çıxacaqlar:

"Futbolçularımız mükəmməl mübarizə aparırlar. Azarkeşlərin sona qədər komandalarını dəstəkləyəcəklərinə inanıram.  Azarkeşlərimizin qarşısında daha inamlı və istəkli olmalıyıq. Bunları etsək, olmaq istədiyimiz yerə gələ bilərik. Liqada yerimiz rahat deyil. Çətin dövr keçiririk. Üç xaldan başqa heç nə düşünməməliyik. Bu xaosdan çıxmaq üçün mütləq qələbə seriyası yaratmalıyıq. İnanıram ki, bunu bacara bilərik"

Fərid ASLAN
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью