Baş məşqçidən gözlənilməz hərəkət, futbolçusunu... İdman və Biz

09.11.2024

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliya C Seriyasında çıxış edən “Triestina” komandasının baş məşqçisi Pep Klotet gözlənilməz hərəkətlə diqqət çəkib.

İdman.biz xəbər verir ki, ispaniyalı çalışdırıcı "Djan Erminio" ilə 14-cü turun oyununda futbolçusunun qırmızı vərəqə aldığı üçün əsəbləşib.

35-ci dəqiqədə hücumçu Raimond Krollis oyundan qovulub. O, paltardəyişmə otağına gedərkən, məşqçi ona hirslə yaxınlaşaraq futbolkasından dartıb.

Matç “Triestina”nın 0:1 hesabı ilə məğlubiyyəti ilə yekunlaşıb.

14 turdan sonra aktivində 6 xal olan "Triestina" turnir cədvəlində sonuncu - 20-ci pillədə qərarlaşıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью