Baş məşqçidən sərt qaydalar

23.09.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Baş məşqçidən sərt qaydalar

Yurgen Klopp Almaniya millisində texniki direktor kimi yeni qaydalar tətbiq edib.

QOL.az xəbər verir ki, “Bild”in məlumatına görə, 44 futbolçunun çağırıldığı milli düşərgədə artıq oyunçular axşam yeməyini eyni vaxtda və bir masa arxasında yeyirlər.

Bununla yanaşı, oyun günləri, isinmə və tibbi prosedurlar zamanı mobil telefondan istifadəyə qadağa qoyulub. Şəxsi bərbərlərin düşərgəyə girişinə də icazə verilmir. Ailə üzvləri ilə görüşlər isə məhdudlaşdırılıb.

Kloppun bu dəyişikliklərlə komanda ruhunu gücləndirməyi və futbolçuların diqqətini oyuna yönəltməyi hədəflədiyi bildirilir.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью