Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər

22.04.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər

İtaliya millisinin yeni baş məşqçisi Silvio Baldini yığmada sərt qaydalar tətbiq etmək qərarına gəlib.

QOL.az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinin yaydığı məlumata görə, baş məşqçi yoldaşlıq oyunlarından öncə komandada intizamı gücləndirmək üçün bir sıra qadağalar qoyub.

Belə ki, futbolçuların tək nəfərlik otaqlarda qalması qadağan edilib və oyunçular ünsiyyəti artırmaq üçün otaqları bölüşməli olacaqlar. Həmçinin gündəlik çəki nəzarəti və səhər yeməyinə vaxtında qatılmaq qaydalarına nəzarət edilir.

Qeyd edək ki, İtaliya millisi iyun ayında bir sıra yoldaşlıq görüşləri keçirməyə hazırlaşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью