Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Ukrayna millisinin futbolçusu Nikolas Matvienko DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla heç-heçə etdikləri görüşü şərh edib.
Futbolpress.az “Tribuna” nəşrinə istinadən xəbər verir ki, yığmanın kapitanı 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Çətin oyun olacağını bilirdik. Azərbaycan yığması 0:5 hesablı məğlubiyyətdən qayıtmışdı. Həm də baş məşqçilərinin dəyişməsi faktoru nəticədə rol oynadı. Azərbaycan futbolçuları əlavə motivasiya qazandılar. Onların evdə bir xal üçün əllərindən gələni edəcəklərini bilirdik”.