Baş məşqçini istefaya göndərmək Yuventus a neçəyə başa gələcək?

23.03.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Tiaqo Mottanı vəzifəsindən azad edən "Yuventus"u keçmiş futbolçusu İqor Tudor çalışdıracaq.

İdman.biz "Calciomercato"ya istinadən xəbər verir ki, baş məşqçi və köməkçilərini istefaya göndərmək Turin klubuna təxminən 20 milyon avroya başa gələcək.

“Yuve” hazırda A Seriyasında Çempionlar Liqasına vəsiqə verən yerlərdən bir xal geri qalaraq 5-ci pillədədir. Komanda son iki matçında böyük hesabla məğlub olub: “Atalanta”ya 0:4 və “Fiorentina”ya 0:3.

Qeyd edək ki, Motta 12 iyun 2024-cü ildə üç illik müqavilə imzalayaraq "Yuventus"un baş məşqçisi təyin olunmuşdu. Xorvatiyalı Tudor isə 1998-2007-ci illərdə "Yuve"nin formasını geyinib və 2020/21 mövsümündə komandada baş məşqçi Andrea Pirlonun köməkçisi olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью