Icma.az, Qol.az portalına istinadən məlumat verir. KONKAKAF Millətlər Liqasının 1/4 finalının Meksika - Honduras matçında xoşagəlməz hadisə
QOL.az xəbər verir ki, Meksika millisinin baş məşqçisi Xavyer Aqirre görüşdə xəsarət alıb.
Tribunadakı azarkeşlərdən biri mütəxəssisin olduğu səmtə pivə butulkası atıb. Həmin butulka Aqirrenin başına dəyib. O, yaralanıb.
Meksika Futbol Federasiyası daha sonra Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasından (CONCACAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməsini tələb edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.