Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baş məşqçinin diaqnozu bəlli deyil
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Bavariya”nın baş məşqçisi Vensan Kompaniyanın səhhətindəki problemin səbəbi müəyyənləşməyib.
QOL.az xəbər verir ki, “Sport.de” nəşrinin məlumatına görə, 49 yaşlı mütəxəssis oktyabrın 23-də klubun bazasında məşq zamanı huşunu itirib və çiyni çıxıb.
Hadisədən əvvəl gün ərzində şiddətli baş ağrılarından əziyyət çəkən Kompani son günlərdə ətraflı nevroloji müayinədən keçib. Lakin bazar ertəsinə olan məlumata görə, həkimlər hələ də dəqiq diaqnoz qoya bilməyiblər.
Qeyd edək ki, Kompani Bundesliqanın 7-ci turunda “Frayburq”la matçı buraxıb. Həmin görüş “Bavariya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Münhen təmsilçisi 17 xalla turnir cədvəlinə başçılıq edir.