Baş məşqçiyə və futbolçulara müsahibə vermələri qadağan edildi

03.02.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş məşqçiyə və futbolçulara müsahibə vermələri qadağan edildi

Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, “Əl-Nəsr” klubu rəhbərliyi ölkə çempionatında “Ər-Riyad”la keçirilən oyundan (1:0) əvvəl və sonra futbolçuların və baş məşqçinin fləş-müsahibə zonasına çıxmasına icazə verməyib

QOL.az xəbər verir ki, bu barədə A Bola xəbər yayıb.

Nəticədə nə baş məşqçi Jorje Jezuj, nə də komandanın futbolçuları  media öhdəliklərini yerinə yetiriblər. Portuqaliyalı mütəxəssis Səudiyyə liqasında ənənəvi olan oyunöncəsi fləş-müsahibədə və “Ər-Riyad”la görüşdən sonra keçirilən mətbuat konfransında da iştirak etməyib.

Səudiyyə mediası bildirir ki, Jorje Jezuj oyundan sonra açıqlama verməməsinə görə üzr istəyib. 

Xəbərdə vurğulanır ki, bu vəziyyət klub rəhbərliyindən narazı olan və “Ər-Riyad”la oyunda meydana çıxmaqdan imtina edən portuqaliyalı hücumçu Kriştiano Ronaldonun boykotu fonunda baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью