Fanat saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasının 4-cü turunda "İmişli"ni qəbul edəcək "Qəbələ"nin heyəti ilə bağlı son durum bəlli olub.
Bu barədə Fanat.Az-a ev sahibi komandanın sözçüsü Şair Abdulla məlumat verib:
"Zədəli və cəzalı oyunçu yoxdur. Komanda "İmişli" ilə matça tam heyətlə hazırlaşır".
Qeyd edək ki, tərəflər arasında görüş sentyabrın 4-də keçiriləcək. Matçın start fiti saat 18:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli