Milli.az saytına istinadən Icma.az xəbər verir.
Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın vəzifəli şəxsi mənimsəmədə ittiham edilir.
Milli.Az apa-ya istinadən xəbər verir ki, gimnaziyanın baş mühasibi Vüqar Məmmədova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, baş mühasib işlədiyi dövr ərzində 50 min manatdan çox vəsaiti mənimsəyib, istintaq dövründə ziyan ödəməyib.
İstintaq orqanı tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Zərərçəkmiş kimi Elm və Təhsil Nazirliyi tanınıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)