Baş nazir 2 bağa dair qərar imzaladı

23.09.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

"Yeni Sabah" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, Cəmiyyətin işçilərinin say həddi 230 ştat vahidi müəyyən edilib. pizza hut

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi isə Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью