Baş nazir: 2020 ci ildən Orta Dəhliz üzrə yük axını 7 dəfə artıb

07.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 7 sentyabr. AZƏRTAC

Cari ilin ilk 7 ayında Gürcüstan limanlarında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumi şəhərində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müvafiq əlaqələrin gücləndirilməsinə maksimum diqqət yetirilir. Azərbaycan və Ermənistanla sıx münasibətlər, eləcə də Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq bu istiqamətdə mühüm rol oynayır.

“Dənizə çıxışı olmayan yeddi ölkəni Qara dənizlə və Qərb məkanı ilə birləşdiririk. Buna görə də siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi bizim üçün əsas prioritetdir. Çinlə əməkdaşlığa da bu baxımdan xüsusi əhəmiyyət verilir”, - deyə Baş nazir bildirib.

İrakli Kobaxidze qeyd edib ki, 2020-ci ildən bəri Orta Dəhliz üzrə yük axını təxminən yeddi dəfə artıb.

Baş nazirin sözlərinə görə, mövcud potensialdan tam istifadə etmək məqsədilə yaxın illərdə liman və digər infrastruktura 7 milyard dollar investisiya qoyulması planlaşdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью