Baş nazir: Aİ nin Gürcüstandakı səfiri Tbilisidə baş verən hadisələrə görə məsuliyyət daşıyır

05.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri kəskin bəyanat yaymağa, Tbilisi küçələrində baş verən qanunsuz hərəkətləri qətiyyətlə pisləməyə borcludur. Amma o, etiraz aksiyalarını dəstəklədiyini bildirib. Aİ səfiri buna görə xüsusi məsuliyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

Hökumət başçısının sözlərinə görə, xaricdə bəzi şəxslər də Gürcüstanda konstitusion quruluşun zorla dəyişdirilməsini dəstəkləyiblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью