Baş nazir Ankara üçün xüsusi elçinin hələ seçilmədiyini bildirdi

30.07.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üçün Ermənistan tərəfindən yeni xüsusi nümayəndənin namizədliyinin nəzərdən keçirilir.

"Yeni SAbah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə deyib.

"Xüsusi nümayəndə ilə bağlı hələlik qərar yoxdur. Türkiyə ilə ünsiyyətimizdə müvafiq qərarlar qəbul etmək üçün işimizi necə, hansı məntiqlə və hansı formatda davam etdirəcəyimizi müəyyən etməliyik. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - Paşinyan bildirib. Dominos pizza

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın keçmiş xüsusi nümayəndəsi Ruben Rubinyanı Vətəndaş Müqaviləsi Partiyası 9-cu çağırış Milli Məclisin sədri vəzifəsinə namizəd kimi irəli sürüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью