Baş nazir: “AŞPA nın Gürcüstan üçün xüsusi rolu yoxdur, amma...”

03.02.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Parlament Assambleyası xüsusi bir rol oynamasa da, Gürcüstan Avropa Şurasının üzvü olaraq qalır və əməkdaşlığa hazırdır".

“Cebheinfo.az” bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli televiziyaya müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Parlament Assambleyası həqiqətən də xüsusi bir rol oynamır, amma Gürcüstan Avropa Şurasının üzvü olaraq qalır. "Biz hazırıq, Avropa Şurası ilə əməkdaşlığa tamamilə açığıq, o cümlədən Gürcüstana səfər edən Baş katiblə, onunla müəyyən məsələlərə dair razılaşmalar əldə etdik", – Baş nazir qeyd edib. 

Qeyd edək ki, Gürcüstan parlamentinin nümayəndə heyəti ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb edən qətnamə qəbul edildikdən sonra Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırıb. 

Səbinə Uğur 
“Cebheinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью