Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

12.10.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Tbilisi, 12 oktyabr, AZƏRTAC

Aparılan səmərəli danışıqlar nəticəsində vasitəçi olmadan Azərbaycandan elektrik enerjisini daha ucuza almaq mümkün oldu. Əvvəlki qiymətlə müqayisədə, vasitəçi şirkətin bağlanması səbəbindən indi elektrik enerjisinə 0,02 sent az pul ödəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazir İrakli Kobaxidze Azərbaycandan elektrik enerjisi idxalı ilə bağlı suala cavab olaraq söyləyib.

Onun sözlərinə görə, qənaət tamamilə sistemin təkmilləşdirilməsinə və elektrik ötürücü xətlərinin gücləndirilməsinə sərf olunacaq: “Təbii ki, idxal qiymətlərinin azalması da tarifə təsir edəcək”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью