Baş nazir: Bu ərazilərin Gürcüstana birləşməsi mümkündür

07.04.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiya ilə birləşmək mümkündür.

Ölkə.Az xəbər verir ki, bu fikri Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır, əgər biz səbir göstərsək və bu səbrimizdən öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək. Bu məsələnin həlli əlbəttə ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbir və düzgün siyasətlə hər şey mümkündür", - Kobaxidze bildirib.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью