Baş nazir: “Bu səfər Zelenskiyə cavabımızdır”

23.12.2024

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Slovakiyanın baş naziri Robert Fiko Moskvaya rəsmi səfərini Ukrayna prezidenti Vladimir Zelenskinin 2025-ci il yanvarın 1-dən ölkəsinin ərazisindən Rusiya qazının tranzitinin dayandırılması ilə bağlı bəyanatına cavab adlandırıb.
Reyting.az
-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, Robert Fiko deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşü dekabrın 19-da Vladimir Zelenskinin Ukrayna ərazisindən Slovakiyaya qaz tranziti ilə bağlı istənilən variantın əleyhinə olduğunu bildirən bəyanatına reaksiyasıdır.
ELÇİN

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью