Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Yaponiya hökuməti Baş nazir Sanae Takaiçinin 11-12 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP31) Liderlər Sammitində iştirak etməyəcəyini rəsmən açıqlayıb.
Hökumətin Kabinet Naziri Minoru Kihara keçirdiyi mətbuat konfransında Baş nazirin sıx iş qrafiki səbəbindən sammitə qatıla bilməyəcəyini bildirib. Tədbirdə Yaponiyanı Ətraf Mühit Naziri Hiroyoşi Sasaqava təmsil edəcək. Kihara vurğulayıb ki, nazir Sasaqavanın iştirakı ölkənin iqlim diplomatiyasındakı mövqeyini qoruyacaq və bu qərar Yaponiyanın beynəlxalq nüfuzuna mənfi təsir göstərməyəcək.
Xatırladaq ki, artıq üst-üstə üçüncü ildir ki, Yaponiya BMT-nin İqlim Sammitinə baş nazir səviyyəsində qatılmamaq ənənəsini davam etdirir...
Şahmurad