Baş nazir D8in Zirvə görüşüdə çıxış etdi

19.12.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bugünkü Zirvə toplantısında iştirakımızın isə xüsusi tarixi əhəmiyyəti var.

Bakupost.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.

Baş nazir bildirib ki, bu gün Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər: “Buna görə bütün üzv dövlətlərə minnətdarlığımızı bildiririk. Azərbaycan təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə yaxından töhfə verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью