Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
"Gürcüstan təcrübəsindən görünür ki, radikal anti-Rusiya əhval-ruhiyyəsi yalandır. Bu, konkret faktlarla təsdiqlənir".
“Cebheinfo.az” xəbər verir ki, bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze bildirib.
Hökumət başçısının sözlərinə görə, bütün bunlar "dərin dövlət"in öz agentlərindən istifadə edərək Gürcüstanda süni şəkildə rusofobiyanı qızışdırmaq planının bir hissəsidir:
"Cəmiyyət "dərin dövlət"in öz agentlərindən istifadə edərək Gürcüstanda rusofobiyanı süni şəkildə qızışdırmaq planının məqsədini bilməlidir. 2022-ci ildə Ukraynada müharibənin başlanğıcından bəri qlobal müharibə tərəfdarları ölkəmizin bu münaqişənin tərəfi olması və Gürcüstanda ikinci cəbhənin açılması üçün əlindən gələni edib. Məhz bu, ölkəmizi və xalqımızı ekzistensial təhlükəyə atan "fürsət pəncərəsi" idi.
Gürcüstan hakimiyyəti bu tələbləri yerinə yetirməkdən imtina etdiyi üçün ölkəmiz Avropa bürokratiyasının və qeyri-rəsmi oliqarxik qüvvələr vasitəsilə hərəkət edən Qərb liderlərinin hədəfinə çevrildi”.
O qeyd edib ki, bu prosesdə əvvəlki Bayden administrasiyası da daxil olmaqla, "dərin dövlət" tərəfindən açıq şəkildə idarə olunan müxtəlif ölkələr istifadə edilib:
“Gürcüstan hökumətinin yüksək vəzifəli məmurlarına, hakim partiyanın fəxri sədri cənab Bidzina İvanişviliyə, gürcü hakimlərinə, yüksək rütbəli polis məmurlarına, ayrı-ayrı şəxslərə və digərlərinə qarşı sanksiyalar tətbiq edildi.
Gürcüstanın Avropa Birliyinin tamhüquqlu üzvü olmaq məqsədi də hakimiyyətə təzyiq göstərmək üçün istifadə edildi. Bu, istənilən nəticəni vermədikdən, Gürcüstanda xalq dəstəyinə malik olan hakim partiyanı ram etmək mümkün olmadıqdan sonra onlar öz agentləri vasitəsilə Gürcüstanı yeni bir təxribata çəkməyə çalışırlar.
Bu, Gürcüstana, gürcü xalqına və onun suverenliyinə qarşı hücumun keyfiyyətcə yeni bir mərhələsidir. Bu hücum eyni zamanda bir neçə cəbhədə baş verir”.
Baş nazir bildirib ki, onun məqsədi hücumun bu yeni mərhələsi barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin