Baş nazir Əli Əsədov BMTnin İnkişaf Proqramının administratoru ilə görüşüb

15.11.2024

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью