Baş nazir Əli Əsədov Butanın Baş naziri ilə görüşdü

11.11.2024

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Demokrat.az-a bildiriblər ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью