Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

20.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə APA-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Əli Əsədov Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью