Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Moskvaya işgüzar səfəri çərçivəsində Baş nazir Əli Əsədov və MDB-yə üzv ölkələrin digə
Bauman adına Moskva Dövlət Texniki Universitetinin kampusunda olublar.
Burada hökumət başçılarına MDB ölkələrindən Moskva universitetlərində təhsil alan tələbələrin birgə mühəndis layihələrinin təqdimatı keçirilib.
Azərbaycanlı tələbə Vüsal Məhərrəmovun da daxil olduğu qrup “Xəzərin orbiti” layihəsini təqdim edib.
Bu layihənin məqsədi Xəzərin ekoloji problemlərinin kosmik monitorinq texnologiyalarının işlənməsidir.
Baş nazir Əli Əsədov azərbaycanlı tələbənin daxil olduğu qrupun təqdimatını yüksək qiymətləndirib və Vüsal Məhərrəmova təhsilində uğurlar arzulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.