Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb

12.11.2024

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.

Nazirlər Kabinetindən bildirilib ki, görüşdə COP29-un yaşıl gündəliyin təşviqinə yönəlmiş beynəlxalq səylərə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın aparıldığı bildirilib. Ölkəmizdə səhiyyə sistemində həyata keçirilən ardıcıl islahatlar barədə söhbət açılıb, iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью