Baş nazir Epşteynə görə üzr istədi

05.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Böyük Britaniyanın Baş naziri Kir Starmer məşhur maliyyəçi Ceffri Epşteynin qurbanlarından üzr istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti məlumat yayıb.

“Keçmiş britaniyalı iş adamı Peter Mandelsonun Epşteynlə əlaqələrinin olduğu üzə çıxmışdı. Starmer məsələnin detallı araşdırılacağını deyib.

Baş nazir düşünür ki, Mandelson Britaniyanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd göstərilərkən Epşteynlə dostluğunun dərəcəsi barədə yalan danışıb.

“İş adamının istintaqı ilə bağlı sənədlər mümkün qədər tez ictimaiyyətə açıqlanacaq”, – deyə Starmer bildirib və o, gecikmələrə görə polisi günahlandırıb”, – nəşr yazıb.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью