Baş nazir Əsədi şiddətlə qınadı

07.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Suriyada Bəşər Əsəd qüvvələri ilə silahlı müxalif qruplar arasında toqquşmalar davam edir.

“Cebheinfo.az”-ın məlumatına görə, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani Qəzza münaqişəsi ilə əlaqədar Suriyadakı vəziyyətin gözlənilən olduğunu bildirib.

“Əsəd öz xalqı ilə barışmaq üçün heç bir ciddi səy göstərməyib”, - Əs-Sani belə deyib.

Baş nazir siyasi həll yolu tapılmasa, vətəndaş müharibəsinin Suriyanın ərazi bütövlüyünü təhdid edəcəyindən narahat olduqlarını dilə gətirib. 

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью