Baş nazir: Gürcüstan Cənubi Qafqazda iddialı layihələr planlaşdırmaq qərarına gəlib

03.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 3 fevral, AZƏRTAC

Gürcüstan dünyanın ən çətin bölgələrindən birində - Cənubi Qafqazda iddialı layihələr planlaşdırmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dünya Hökumət Sammitindəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Gürcüstan nəqliyyat infrastrukturunun hərtərəfli modernləşdirilməsi üçün 7 milyard dollar ayırıb və hər il ümumi daxili məhsulun 7-8 faizini bu sahəyə xərcləyir.

“Əsas dəmir yolu şəbəkəmizin tam modernləşdirilməsini başa çatdırdıq, onun tutumunu ikiqat artırdıq və ölkə daxilində tranzit müddətini əhəmiyyətli dərəcədə azaltdıq. Xəzər hövzəsi ilə beynəlxalq bazarlar arasında Gürcüstan vasitəsilə birbaşa və etibarlı əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars layihəsi nəticəsində dəmir yolu əlaqəsi daha da gücləndirilib”, - deyə Gürcüstanın Baş naziri bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью