Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 12 noyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə hərbi təyyarəsinin faciəvi qəzası ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir "X" sosial platformasında yazıb.
İrakli Kobaxidze qeyd edib ki, Gürcüstan çətin zamanda türk dostları ilə tam həmrəydir.
"Bu çətin zamanda Gürcüstan türk dostlarımızla tam həmrəy olduğunu bildiririk. Fikirlərimiz mərhumlarla, onların yaxınları və bu faciədən zərər çəkmiş bütün insanlarladır", - deyə Baş nazir qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi