Baş nazir: Gürcüstana sanksiyaların tətbiqi Ukrayna hökumətinin ağır vəziyyətini göstərir

05.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sanksiyaların tətbiqi Ukrayna hökumətinin ağır vəziyyətini göstərir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kiyevin Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

“Bu gün Ukrayna hökumətinin vəziyyəti daha da ağırdır, bu qərar bu çətin vəziyyətin əks-sədasıdır”, – Kobaxidze bildirib.

Baş nazir sanksiyaların tətbiqi ilə bağlı Ukraynadan rəsmi bildiriş qəbul edilmədiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью