Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstan paytaxtında inzibati xəta törətdiklərinə görə saxlanılan etirazçılar dekabrın sonuna kimi azadlığa buraxılacaqlar.
RİA Novosti xəbər verir ki , bunu jurnalistlərə açıqlamasında baş nazir İrakli Kobaxidze deyib.O qeyd edib ki, inzibati həbs 15 gündür."Buna görə də bütün məhbuslar ayın sonuna qədər azadlığa buraxılacaq.
Bu, cinayət işi üzrə saxlanılanlara şamil edilmir”, - deyə hökumət başçısı vurğulayıb.Baş nazirin sözlərinə görə, hazırda Tbilisidə mitinqlər dinc xarakter alıb.
Bu baxımdan artıq hüquq-mühafizə orqanlarının və təhlükəsizlik orqanlarının etirazçılara qarşı güc tətbiq etməsinə ehtiyac yoxdur.Noyabrın 28-də Gürcüstanın bir sıra şəhərlərində, o cümlədən paytaxtda kütləvi etiraz aksiyaları başlayıb.
Səbəb hakimiyyətin respublikanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqları dayandırmaq qərarı olub.
Proses 2028-ci ilə qədər "dondurulacaq”.Yaranmış vəziyyəti şərh edən Kobaxidze bildirib ki, ölkə hökuməti avropalı siyasətçilərin qəbuledilməz hərəkətlərinə görə belə bir addım atıb.
Xüsusilə, o , Brüsseli kredit və qrantlardan şantaj aləti kimi istifadə etməyə çalışmaqda ittiham edib.