Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Yaponiyanın Baş naziri Sanae Takaiçinin oktyabrın 2-də keçirilən G7 liderlərinin videokonfransında iştirak etməməsi qalmaqala səbəb olub.
Modern.az xəbər verir ki, bu barədə "Shukan Gendai" nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, hökumətin açıqladığı texniki nasazlıq səbəbi həqiqəti əks etdirmir. Bildirilir ki, həmin vaxt baş nazir Liberal Demokrat Partiyasının rəhbərliyi ilə qeyri-rəsmi görüşdə olub və spirtli içki qəbul edib.
Məlumata görə, Takaiçinin videokonfransda iştirakını son anda ləğv etməsi şübhələri daha da artırıb.
Nəşrin anonim mənbəsi bildirib ki, hökumət başçısının ictimaiyyətə yalan məlumat verməsi ölkənin xarici əlaqələrinə ciddi zərər vura bilər.
Yaponiya Baş nazirinin ofisi və G7 katibliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.